“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 7 iyun 2011-ci il tarixli 1621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.1.4-cü yarımbəndinə əsasən Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və infrastrukturun inkişafı üçün Fondun yaradılması nəzərdə tutulmuşdur.
Dövlət Proqramına əsasən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondu yaradılmışdır.
Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə 29 dekabr 2012-ci il tarixli 801 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunmuşdur.
Müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 7 mart 2018-ci il tarixli 1871 nömrəli Azərbaycan Respublikası Prezidenti Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılmışdır.