Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclərin və Gənclər təşkilatlarının Beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi” istiqamətində dəstək olduğu Riyad Əliyev 09-11 avqust 2019-cu il tarixlərində “Amerika Marketinq Assosiasiyasının Yay Akademik Konfransı 2019” (2019 AMA Summer Academic Conference) adlı tədbirdə iştirak edərək “Çox kanallı marketinq sahəsində dünyada mövcud olan problemlər” adlı akademik yazısını təqdim etmişdir.