Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən “PR Məktəbi” layihəsinin 2-ci günü yekunlaşıb. Layihənin məqsədi ictimaiyyətlə əlaqələr, reklamçılıq, marketing və bu kimi əlaqəli sahələrə marağı olan gənclərə bu sahə haqqında nəzəri və praktiki biliklər verməkdən ibarətdir. Layihənin 2-ci günü keçirilən təlim 2 hissədən ibarət olub. Birinci hissədə iştirakçılara İnnovativ Dijitallaşma mövzusunda məlumatlar çatdırılıb. İkinci hissədə isə iştirakçılar hər birində 5 nəfər olan 5 qrupa bölünərək təlimçinin verdiyi tapşırığa əsasən qrup işlərini təqdim etdilər. 25 nəfərin iştirak etdiyi təlimlər 13 fevral tarixinədək davam edəcək.