“Gənclər Turizmi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Turizm və Otelçilik Sahəsində Gənc Mütəxəsisslərin Formalaşması” layihəsini həyata keçirilib. Layihənin əsas məqsədi turizm və otelçilik üzrə gənclər arasından rəqabətə davamlı peşəkar kadrların hazırlanmasına dəstək olmaqdır.
Layihə çərçivəsində 11-16 dekabr, 2017-ci tarixlərində Fabrika kovorkinq mərkəzində karyerasını turizm və qonaqpərvərlik idarəçiliyi sahəsində qurmaq istəyən gənclər üçün 6 günlük təlim proqramları təşkil olunmuşdur. 50-dən çox gəncin iştirakı ilə keçirilən təlim proqramlarında iştirakçılar turizm bələdçiliyi, qonaqpərvərlik sənayesinin təşkili və idarə olunması, mehmanxana və hostel idarəçiliyi, maliyyə və büdcə idarə olunması üzrə bu sahənin peşəkarları tərəfindən yeni biliklər əldə ediblər.
Layihənin açılışı zamanı layihənin rəhbəri və Gənclər Turizmi İctimai Birliyinin sədr müavini Ülviyyə Qəhrəmanlı gənclərə layihə haqqında ətraflı məlumat verərək öz fikirlərini gənclərlə bölüşmüşdür. Layihədə iştirak üçün 4 gün ərzində 600-dəm çox gənc ərizə foması ilə müraciət etmişdir və layihə komandası tərəfindən aparılan seçimlər nəticəsində 50 gənc layihəyə dəvət olunmuşdur.
Təlim proqramları Azərbaycanın turizm sənayesinin tanınmış mehmanxanaların təcrübəli əməkdaşları Bahar Qəniyeva, Ülviyyə Qasımzadə, Səkinə Əskərova, Fuad İlyasov və Rəşad İlyasov tərəfindən keçirilib. Layihənin sonunda təlim proqramlarında iştirak edən iştirakçılar sertifikatla təltif olunub.