Bərdədə yeniyetmə və gənclərin sahibkarlıq bacarıqlarını artırmaq məqsədi ilə həyata keçirilən “Gənc Sahibkar” adlı layihə başa çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihə çərçivəsində iyirmi nəfər gənc iştirak edib. Layihə rəhbəri Aynurə Allahverdiyevanın verdiyi məlumata görə beş seminar və təqdimatı əhatə edən layihədə rayonun fəal gəncləri o cümlədən, Bərdə regional ASAN xidmət mərkəzini könüllüləri də iştirak etmişlər. Bir neçə yerli sahibkarlıq müəssələrin tərəfdaş olduğu layihədə iştirakçılar həmin sahibkarların təcürbələrindən öyrənmək imkanı da qazanıblar. Belə ki, layihə çərçivəsində yerli sahibkarlıq müəssələrinin rəhbərləri ilə görüşən iştirakçılar onlardan dəyərli məsləhətələrlə yanaşı həmin müəssisələr haqqında geniş məlumatlar əldə ediblər.
Layihə müddətində gənclər biznes quruculuğu, biznesin idarə edilməsi, sahibkarın sirri, yerli və beynəlxalq sahibkarlıq nümunələri mövzusunda təlimlər almış və real sahibkarlıq nümunələri ilə tanış olmuşlar. Layihədə bir necə yerli biznes qurumları, o cümlədən, “AMRAHBANK” ASC-nin Bərəd filialı, “PRİNS” MOTEL, “Qarabağ” Aqro Sənaye Kompleksi eləcə də Bərdə ASAN Xidmət Mərkəzi tərəfdaş kimi çıxış etmişlər.