21-22 dekabr 2017-ci il tarixlərində Şəki şəhər, Qəbələ rayonu, Gəncə şəhərlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyinin “Azərbaycan – dünyanın turizm məkanı” adlı layihə reallaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan layihənin əsas məqsəd gənclərin turizim ilə bağlı maarifləndirilməsi, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə gənclər tərəfindən dəstək verilməsinə yardımçı olmaq.
Layihə çərçivəsində ölkəmizin turizm potensialı haqqında geniş məlumatlar verilmişdir, gənclərin turizm təhsili alıb bu sahəyə öz töfhələrini verə biləcəkləri haqqında ekspertlər tərəfindən informasiyalar təqdim edilmişdir
21.12.2017-ci il tarixində keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədr müavini Orxan Əlixanlı öz nitqində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Əmək Münasibətlər akademiyasının müəllimi Mahmud Mahmudovun təqdimatında müvafiq mövzuda ilk təlim keçirilib.
22.12.2017-ci il tarixində isə layihə çərçivəsində növbəti təlim keçirilib və sonda bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.