Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bu günün könüllüsü, sabahın rəhbəri” adlı layihəyə 28 dekabr tarixində yekun vurulub.
Yeddi günlük təlimlər əsasında formalaşan layihənin əsas məqsədi son illər geniş vüsət almış könüllülüyü təbliğ etmək olub. Layihə rəhbəri Əhmədov Məzahir hər bir təlimin əvvəlində könüllüyün zərurəti və gücü barəsində çıxış edib. Təlim əsnasında könüllülük Azərbaycanda ilk dəfə harda yaranıb, necə könüllü olmaq olar, hansı sahələrdə könüllü olmaq olar, könüllülüyün faydaları və üstünlükləri barədə məlumatlar verilib. Hər bir təlimin sonunda xatirə fotoları çəkilib.