[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/425859_149257341882504_552471212_n.jpg” ]
Şəki şəhər 18 saylı orta məktəbdə sentyabrın 25-də Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Gəncliyə Yardım Proqramı” layihəsində nəzərdə tutulan daha bir təlim keçirilmişdir. Məktəblilərin şəxsi potensialının üzə çıxarılması və onların gələcək karyera imkanlarının, liderlik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim “Liderlik və şəxsi inkişaf” mövzusuna həsr olunmuşdur. Təlimin aparılmasında məqsəd həmçinin gənc liderlərin yetişməsinə dəstək olmaq, məktəblilərin ictimai fəaliyyətdə aktivliyini təmin etməkdir. Təlim “GEMİ” İctimai Birliyinin Şəki Regional Nümayəndəliyinin sədri Dəyanət Elman oğlu Sadıqov və ictimai birliyin idarə heyətinin üzvü Könül Kərimova tərəfindən aparılmışdır.
Əvvəlcə “GEMİ” İB Şəki Regional Nümayəndəliyinin sədri Dəyanət Elman oğlu Sadıqov məktəblilərə “Gəncliyə Yardım Proqramı” layihəsi və təlim haqqında məlumat vermişdir. Təlimin birinci hissəsində məktəblilərlə tanışlıq olmuş, daha sonra təlimçilər müxtəlif liderlər haqqında məlumat vermişlər. Təlimdə məktəblilər “Mənim gələcəyim”, “Liderin portreti” oyunlarında fəal iştirak etmişlər. Çay fasiləsindən sonra ikinci hissədə “Liderlik və şəxsi inkişaf” mövzusunda təlim davam etmiş və məktəblilər arasında “Öz icmanı yarat” adlı oyun keçirilmişdir. Təlimdə gənc məktəbli liderlər təlimçilər tərəfindən seçilmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2930″ id=”2930″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]