[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/DSC00211.jpg” ]
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Fəal vətəndaşlıq və gənclərin QHT-lərdə iştirakı” adlı layihəni icra edir. Layihənin açılış mərasimində Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Sabirabad rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev iştirak etmişlər.
Layihənin rəhbəri Fariz Budaqov məlumat verib ki, layihənin məqsədi regionlarda aktiv vətəndaşlığın artırılması, gənclər arasında QHT institutunun yaranması və inkişafı prosesinə yardım etmək, regionlarda vətəndaş cəmiyyəti institutlarının inkişafına gənclərin töhfə verməsi və yeni gənclər QHT-lərinin yaradılmasının təşviq edilməsi, region gənclərinin gənclər işində iştirakınının artırılması və liderlik keyfiyyətlərinin artırılmasıdır.
24 sentyabr 2012-ci il tarixindən başlayaraq 4 gün ərzində, hər gün 25 nəfər Sabirabad rayonundan olan gəncə, yerli gənclər təşkilatlarına QHT institutu və idarəçiliyi, beynəlxalq proqramlar mövzusunda, liderlik keyfiyyətlərinə dair, gənclər QHT-ləri ilə icma gəncləri arasında əlaqələrin qurulması, layihə yazılışı, fond axtarışı mövzularında təlimlər keçirilir. Layihə çərçivəsində QHT və layihə idarəçiliyi üzrə gənclərdən ibarət təşəbbüs qrupu yaradılacaqdır. Bu qrup gələcəkdə aidiyyatı fəaliyyətlə məşğul olacaq və təlimlər keçirəcək.
Layihə çərçivəsində mövzu ilə əlaqədar olaraq nəşr məhsulları gənclər arasında paylanmışdır. Xatırladaq ki, təlimlər Qəbələ, Mingəçevir, Ağcabədi regionlarında da həyata keçiriləcəkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2966″ id=”2966″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]