[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/1-2.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirıliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvərlik tərbiyəsində psixoloji amillərin rolunun artırılması” adlı layihə çərçivəsində “Hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində, psixoloji amillərin təbliğində təlimatçı məşqçilərin rolu” mövzusunda Gənclər və İdman Nazirliyinin İdman sağlamlıq kompleksində elmi-nəzəri praktik konfrans və təlim keçirilib.
Konfransda çıxış edən Layihənin rəhbəri, ənənəvi karate üzrə fəxri bədən tərbiyəçisi və idman işçisi M.Əliyev tədbir iştirakçılarını salamladıqdan sonra layihənin mahiyyətindən və onun uğurla keçirilməsindən və bu layihəyə qoşulan könüllülərin fəailiyyətindən danışmışdır. Tədbirdə çıxış edən Layihə üzrə təşkilat komitəsinin üzvü, hüquqşünas, müstəqil vəkil A.Əsədov, Gənclər və İdman Nazirliyinin məsul işçisi M.Nəsibov, ekspert İ.Həşimov, karate-do üzrə məşqçi Ə.Əşrəfov, Milli Karate Federasiyasının təmsilçisi C.Seyidov, ”Oyama” karate klubunun prezidenti H.Əlili, Gənc Vətənpərvərlər Birliyinin sədrinin ictimai-siyasi əlaqələr üzrə müşaviri N.Niftiyev, Kütləvi İnformasiya Vasitələri üzrə koordinator P.Səfərov, təşkilat komitəsinin üzvü K.Sultanova və digərləri bu yönümlü layihələrin vacibliyindən, uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsində psixoloji amillərdən, gənclər arasında psixoloji və ideoloji işlərin gücləndirilməsindən söz açmışlar.
Konfrans başa catdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib. Tədbirin sonunda tədbir iştirakçılarına, idmançılara, qonaqlara və tədbirdə iştirak edən valideynlərə layihəni əks etdirən bukletlər paylanılıb.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3007″ id=”3007″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]