[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/Telebe_CUP_logo.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək “Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatı təşkil olunacaq. Çempionatın keçirilməsində məqsəd xalqımızın tarixi və mədəniyyətinin təbliği, ana dilində intellektual oyunlar hərəkatının güclü və dayanıqlı sosial hadisə olmasını təmin etməkdir.
Azərbaycan Çempionatının Təşkilat Komitəsindən verilən məlumata görə, turnirdə təhsilindən asılı olmayaraq bakalavr və magistr pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər. Çempionatın təşkilatçılarından olan Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov Azərbaycan Çempionatının seçim mərhələsi və finaldan ibarət olduğunu bildirmişdir.
Azərbaycan Çempionatının seçim turları noyabrın 10 və 17-si, final mərhələsi isə 25 noyabrda təşkil olunacaq. Final mərhələsində 45 komandanın iştirakı nəzərdə tutulub.