[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/20121015_105707.jpg” ]
Bildiyiniz kimi, TürkPA Beynəlxalq Katibliyi tərəfindən 14-16 oktyabr tarixində Türkiyənin İstanbul şəhərində “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forum keçirilir. Konfransın keçirilməsində məqsəd dialoqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderləri bir araya toplamaq, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri irəliyə aparmaq və bu məqsədlə gənclərin rolunu ortaya qoymaqdır. Forumun keçirilməsinə Türkiyə Böyük Millət Məclisi, Türkiyə höküməti adına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutu dəstək verir.
Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Avropa parlamentinin millət vəkilləri, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən millət vəkilləri, diplomatlar, məmurlar, beynəlxalq və Qeyri-Hökumət Təşkilatları təmsilçiləri iştirak edirlər.
Forumun rəsmi açılış mərasimində Türkiyə parlamentinin birinci vitse-spikeri Mehmet Sağlam, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qırğızıstan parlamentinin vitse-spikeri Torobay Zulpukarov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər yüksək səviyyəli hökümət nümayəndələri iştirak və çıxış etmişlər. F. Hacıyev forum iştirakçılarına Gənclər Fondunun fəaliyyəti, Fonda müraciət qaydaları və prosedurları barədə məlumat vermişdir.