[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/Yeni-Idareciler-mektebi_1.jpg” ]
Azərbaycan Gənlər Fondunun dəstəyi ilə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin “Yeni İdarəçilər Məktəbi” fəaliyyətini davam etdirir. Məktəb Gəncə və Mingəçevir şəhərlərində iki həftə ardıcıl təlim keçirib. Təlimçilər Günel Aslanova, Nazim Mahmudov, Cavid Şahmalıyev və Əhəd Kazımov olub. Qeyd edək ki, “Yeni İdarəçilər Məktəbi-nin məqsədi regionlarda gənclərə idarəçilik və liderlik mövzusunda təlimlər, interaktiv seminarlar, debatlar təşkil etməklə onların bu sahədə yeni bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.
Nəzərdə tutulan təlim kursu potensiallı iştirakçılara idarəçiliyin müxtəlif sahələrində (dövlət, özəl və ictimai sektor) menecerlərin təcrübədə tətbiq etdiyi alətlərdən istifadəni aşılayacaq, onları ölkədə və dünyada mövcud olan təcrübə ilə tanış edəcək. Layihənin hədəf qrupu müxtəlif regionlardan olan 18-30 yaş arası gənclərdir. Bura ali təhsil mərkəzlərinin tələbələri, dövlət, özəl və ictimai sektorda işləyən gənc mütəxəssislər daxildir. Artıq 80-ə yaxın region gənci layihənin “İdarəetmənin cəmiyyətdə əhəmiyyəti”, “İdarəetmədə liderin effektiv rolu”, “İdarəetmə çətindir, amma onu kimsə etməlidir”, “Şəbəkələşmə və gənclər hərəkətinin yaradılması əhəmiyyəti”, “Yeni idarəetmə tərzi”, “Layihə idarəetməsi”, “Layihə planlaşdırılması”, “Xeyriyyəçilik”, “İcma bacarıqlarının artırılması”, “Komanda işinin təşkili” kimi mövzularından bəhrələnib, həmçinin mövzularla əlaqəli rol oyunu, qrup işləri və kiçik debatlarda iştirak ediblər.
Növbəti təlimlər oktyabr ayının 20-21-dən başlayaraq Tovuz və Qazax rayonlarında baş tutacaq.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3505″ id=”3505″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]