[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/IMG_2036.jpg” ]
Lənkəranda “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 01-02 dekabr 2012-ci il tarixlərində 20 nəfər gənc üçün “Regionlardan olan gənclər üçün liderlik məktəbi” mövzusunda sonuncu 2 günlük təlim kursu keçirilmişdir. Təlimdə iştirak edən 20 nəfər gəncə təlim kursu ərzində “Gənc və icma anlayışı, icmaların inkişafında gənclərin yeri, icmalar və icmalaşma, icmalar və yerli problemlər, icma əsaslı problemlərin müəyyənləşdirilməsi və onların həlli yolları, icma əsaslı layihələr və onların yazılması qaydası, büdcə və onun strukturu, büdcədə şəffaflıq və töhfə, fandreyzinq, qrant və donor anlayışları, sosial-korporativ məsuliyyət anlayışı, tərəfdaşlıq və əməkdaşlıq məsələləri, kompüter və kompüterləşmə, elm və təhsildə İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi, internet və şəbəkələşmə, sosial şəbəkələr” haqqında geniş məlumat verilmişdir. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, fokus qrup müzakirələri, beyin həmləsi, debatlar və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Məlumat üçün bildirək ki, 01 avqust-29 dekabr 2012-ci il tarixlərini əhatə edəcək layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli, 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq 20 nəfər gəncin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəaliyyətə cəlb olunmalarının və qərarvermə proseslərində fəal iştiraklarının stimullaşdırılması, gənclərin öz hüquqları haqqında biliklərinin artırılması, yaradıcı düşüncə, səmərəli dinləmə, fəal mövqe bildirmə bacarıqlarının üzə çıxarılması və regional dialoq şəbəkəsinin yaradılmasına dəstək göstərməkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”5010″ id=”5010″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]