[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/NDA_3159.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.8.5 yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təsdiq etdiyi Əsasnaməyə əsasən xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqələri keçirilir.
Müsabiqələrin keçirilməsində əsas məqsəd xarici ölkələrin tələbələri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaq, gənc tədqiqatçıların Azərbaycanı yaxından öyrənmələrini təmin etmək, ölkəmiz barəsində elmi-tədqiqat fəaliyyətlərini həvəsləndirmək, Azərbaycanı öyrənən və təbliğ edən yeni gənc tədqiqatçıları müəyyənləşdirməkdir.
İlkin olaraq müsabiqənin Argentinadan olan qaliblərinin 11 nəfər tərkibdə (1-i rəhbər olmaqla) 14-24 dekabr 2012-ci il tarixlərində Azərbaycana tanışlıq səfəri təşkil edilib.
Qonaqlar 15 dekabr 2012-ci il tarixində, “JW Marriott Abşeron” otelində Gənclər Fondunun fəaliyyəti ilə tanış olmuşlar. Görüşdə Fondun əməkdaşı Nərminə Əliyeva Argentinalı gənclər üçün Fondun təqdimatını keçirmiş, onları fəaliyyət istiqamətləri və müraciət qaydaları ilə tanış etmişdir. Diskussiya şəklində davam edən görüşdə qonaqların çoxsaylı sualları cavablandırılmışdır.
Səfər çərçivəsində qaliblər Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və hədiyyələri ilə mükafatlandırılmışlar. Bundan başqa, proqrama əsasən qaliblər Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmiş, Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanış olmuş, Bakıda fəaliyyət göstərən Məscid, Sinaqoq və Kilsələrdə, Qala Arxeoloji-Etnoqrafik Muzeyində, Qobustan Tarixi-Etnoqrafik və Bədii Qoruğunda, Azərbaycan Tarix Muzeyində, Nizami Gəncəvi adına Muzeydə, İncəsənət Muzeyində, Miniatür kitablar Muzeyində, Qəbələdə, Şəkidə və Gəncədə və s. yerlərdə olacaq, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə daha da yaxından tanış olacaqlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”5104″ id=”5104″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]