[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/TESHKILATI-IDAREETME-TELIMI.jpg” ]
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Şimal-Qərb regionu gənclərinin təşkilatlanmasına dəstək” adlı layihəni icra edir. Layihənin məqsədi Azərbaycanın Şimal-Qərb regionuna daxil olan 5 rayonda (Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən) gənclər təşkilatlatlarının yaranmasına nail olmaqdır. Bu layihə çərçivəsində adları göstərilmiş rayonlardan olan və artıq gənclər təşkilatı yaratmaq təşəbbüsü ilə çıxış edən 20 nəfər aktiv gəncə təşkilatın idarə edilməsi, ictimaiyyətlə əlaqələrin qurulması, maliyyə axtarışı mövzularında təlimlər təşkil edilmişdir.
Təlim prosesi interaktiv şəkildə təşkil edilmiş və iştirakçı gənclərin bir çoxu ilk dəfə olaraq qruplarda işləməyi, layihə yazmağı, təqdimat etməyi öyrənmişlər. Təlimin gedişində gənclər özləri üçün ideya seçmiş və konkret layihə üzərində işləməklə prosesi daha dərindən öyrənməyə nail olmuşlar.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir və 4 ay müddətində həyata keçirilir.