[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/Изображение-020.jpg” ]
21 dekabr tarixində “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi Azərbaycan QHT-lərinin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” Koalisiyasının (SeDEP QHT-lər koalisiyası) ofisində “Gənclərin tərbiyəsində tarixi-mədəni dəyərlərin yeri və rolu”mövzusunda dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə açan “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli layihə barədə məlumat verərək bildirib ki, tədbir “Çağırışçı gənclər arasında vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənir. Daha sonra ehtiyatda olan zabit Daşdəmir Əliyev, “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli, ehtiyatda olan polkovnik-leytenant, Terrorizmə qarşı İctimai Mübarizə Mərkəzinin rəhbəri, professor Şahmurad Məmmədov, “Qorqud” Araşdırmalar Mərkəzinin rəhbəri, ehtiyatda olan zabit Tərlan Eyvazov, Professor, fəlsəfə elmləri doktoru Yadigar Türkel çıxış etmişlər.