[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/coca-cola-logo-last.jpg” ]
DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) və Coca-Cola şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə “Youth Inc” (“Gənclər Korporasiyası”) proqramı çərçivəsində gənclər üçün pilot layihəsini davam etdirir. Son həftələr ərzində pilot layihə özünün inkişaf mərhələsinə keçib.
Qeyd edək ki, gənclər forumu çərçivəsində “Youth Inc” proqramının təqdimatı keçirilib və gənclərin sualları cavablandırılıb.
Layihə paytaxtda və digər böyük şəhərlərdə yaşayan gənclərə biznes və sahibkarlıq haqqında kifayət qədər bilik və bacarıqlar verir, gənclərin biznes yaratması üçün real imkanlar yaradır. Sözügedən layihə bu ilin may ayında yekunlaşacaq və pilot layihənin nəticələrinə uyğun olaraq proqram genişləndiriləcək.
DVC, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Coca-Cola” şirkəti tərəfindən həyata keçirilən “Youth Inc” proqramı bir tərəfdən illər ərzində toplanmış təcrübənin nəticəsi, digər tərəfdən isə gənc sahibkarlığa dəstək formasının yeni istiqamətidir. Proqram çərçivəsində yaradılan Gənc Sahibkar Klubları gənc sahibkarlar üçün yaxın gələcəkdə effektiv biznes inkubatorlar və stabil gənclər şirkətlərinin yaradılması üçün bazadır.
Əlavə məlumat əldə etmək və iştirakçı anketini doldurmaq üçün layihənin web saytına (www.youthinc.dvc.az) daxil ola və yaxud telefonla əlaqə saxlaya bilərsiniz.
Telefon: 012 497 08 46 (əlaqələndirici şəxs-Ülvi Mövsümzadə)