[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/968696_10201235632316645_165841412_o.jpg” ]
25 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Mən insanam-Qarabağ həqiqətləri kinofilmlərdə” layihəsi çərçivəsində qısametrajlı sənədli filmlərə baxış və müzakirələrə start verilib. Layihənin rəhbəri və icraçısı Çinarə Hüseynova tədbiri açıq elan edərək layihə və nümayiş etdiriləcək sənədli filmlər haqqında qısa məlumat vermiş və bildirmişdir ki, hər iki sənədli filmin qəhrəmanları Qarabağ müharibəsindən zərər çəkmiş məcburi köçkünlərdir.
Qeyd edək ki, layihə çərçivəsində iki qısametrajlı sənədli filmin nümayişi nəzərdə tutulmuşdur. Filmlərdən biri “Musa” 10 dəqiqəlik, digəri isə “Çadır Şuşa” 14 dəqiqəlikdir. Hər iki sənədli filmin müəllifi – “Mən İnsanam-Qarabağ həqiqətləri kinofilmlərdə” layihəsinin rəhbəri Çinarə Hüseynovadır.
“Musa” filminin rejissoru Elcan Məmmədli, “Çadır Şuşa” filminin rejissoru isə Ayaz Salayevdir.
Növbəti həftələrdə adıçəkilən sənədli filmlərin daha bir neçə auditoriyada nümayiş olunması nəzərdə tutulur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”6960″ id=”6960″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]