[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/Logo.jpg” ]
“Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Beyin axınının qarşısını alaq! Region gənclərinin karyera imkanlarının artırılması və iş axtarılması yolları” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. Sentyabr ayının 22-23-də Qusar rayon Təlim mərkəzində fəaliyyət göstərən, müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər, yuxarı sinif şagirdləri və müxtəlif ictimai təşkilatlarda çalışan gənclər üçün 2 günlük təlim keçirilmişdir. Təlimdə “Peşə seçimi nədir və nə üçün önəmlidir?”, “Özünü tanıma”, “Maraq dairəsinin müəyyənləşdirilməsi”, “Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri”, “Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq?”, “Peşə seçərkən nələrə diqqət yetirməli?”, “İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli” kimi mövzularda interaktiv müzakirələr aparılmışdır. Müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test tapşırıqları iştirakçıların böyük marağına səbəb olmuşdur.
Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavablar verilmiş, təlimin işi anket sorğusu vasitəsilə qiymətləndirilmişdir. Təlimdə iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu təqdim edilmişdir. Təlimin sonunda iştirakçılara diplomlar təqdim olunmuşdur.