[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/DSC02889.jpg” ]
31 may 2013-cü il tarixində Azərbaycan QHT-lərinin “Təhlükəsizlik və Demokratiya və İqtisadi İnkişaf” Koalisiyasının (SeDEP QHT-lər koalisiyası) ofisində “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi tərəfindən “Çağırışçı gənclər arasında vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək ” adlı layihənin yekunlarına həsr olunmuş Mətbuat Konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Yaşar Cəfərli layihənin icraçılarını təqdim etdikdən sonra layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra layihənin məqsəd və vəzifələrini tədbir iştirakçılarının nəzərinə çatdıran Layihənin direktoru Y.Cəfərli qeyd edib ki, bu layihənin əsas məqsədi çağırışçı gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə dəstək verməkdən ibarət idi. Təşkilat rəhbəri çıxışının sonunda layihəni dəstəklədiyinə görə Azərbaycan Gənclər Fonduna öz minnətdarlığını bildirib.
Sonra layihənin eksperti Mehman Kərimov çıxış edərək layihənin icra planını və layihə çərçivəsində həyata keçirilmiş tədbirlər haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Layihənin 3 mərhələdə həyata keçirildiyini qeyd edən Mehman Kərimov onu da qeyd edib ki, layihəni uğurla həyata keçmiş hesab etmək olar. Layihə çərçivəsində 2 Mətbuat Konfransı, 2 Dəyirmi masa, gənclər və hərbi xidmətə çağırış yaşına qədəm qoyan yeniyetmələrlə müxtəlif görüşlər, söhbətlər keçirilmişdir. Təqribən 600-700 gənc və yeniyetmə tədbirlərə bilavasitə cəlb olunmuş, vətənpərvərlik mövzusuna həsr olunmuş “Vətən Əxlaqı” adlı 2000 ədəd kitabça və 400 ədəd plakat nəşr edilərək çağırışçı gənclərə paylanılmış və təhsil müəssisələrində yayılmışdır.
Daha sonra təşkilatın üzvü, hərbi ekspet Şahmurad Məmmədov çıxış edib. Təşkilatın hüquqşünası Telman Əbilov mövzu ilə bağlı bəzi hüquqi aspektlərdən, bu sahəyə aid qanunvericilik bazasından, müstəqillik dövründə qəbul edilmiş qanunvericilik aktlarından söhbət açıb. Təşkilatın İdarə Heyətinin üzvü, hərbi ekspert Daşdəmir Əliyev layihə çərçivəsində hazırlanmış təbliğat və təşviqat materialları, onların təyinatı, mahiyyəti və tərkibinə daxil edilmiş məlumatlar haqqında tədbir iştirakçılarına ətraflı danışıb. O, tədbir iştirakçılarına təbliğat və təşviqat materiallarının nümunələrini də paylayıb.
Xatırladırıq ki, layihə Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilirdi.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7185″ id=”7185″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]