[imageeffect type=”none” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/06/azgfachilish.jpg” ]8 İyun 2012-ci il tarixində Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçirilib. Mərasimdə fondun loqosu, saytı və fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, fondun loqosunun ən yaxşı dizaynını seçmək üçün gənclər arasında müsabiqə elan olunmuşdu. Müsabiqəyə təqdim edilən 181 iş arasında Elçin Aşurovun təqdim etdiyi loqo qalib elan edilib. Qalib şəxs “macbook air” və fondun diplomu ilə mükafatlandırılıb.
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev fondun rəsmi saytı barədə məlumat verib: “Rəsmi saytımız istifadəsi rahat saytlardandır. Sayt vasitəsilə Gənclər Fondu, qrant müsabiqələr barədə geniş məlumatlar əldə etmək olar. Sayt A,B,C,D,E olmaqla 5 kateqoriya üzrə faəliyyət göstərir. Gənclər bununla bütün istiqamətlərdə məlumatlı ola biləcəklər. Bununla yanaşı B kateqoriyasında qrant müsabiqələri mütəmadi olaraq yerləşdiriləcək. Eyni zamanda gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı xəbərlər saytda yer alacaq”.
Təqdimat mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkili Hadi Rəcəbli və BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura çıxış ediblər.
Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”606″ id=”2″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]