[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/21-36.gif” ]
«Peşə təhsil müəssisələri məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması» layihəsi “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən bu ilin avqust ayından etibarən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi peşə təhsili müəssisələrində oxuyan şagirdlərin məzun olduqdan sonra məşğulluq vəziyyətlərinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Bunun üçün Bakı, Gəncə, İsmayıllı və Qaxdan seçilmiş ümumən 5 peşə təhsili müəssisələrindəki 100 nəfər şagirdin məzun olduqdan sonra işlə təmin edilməsi sahəsində mövcud problemləri nəzərə alınaraq təlim, seminar və digər fəaliyyətlər vasitəsi ilə gənclərin məşğulluq məsələlərinin həllinə töhfə vermək, bu tip gənclərin iş yerləri ilə təmin olunması üçün informativ-maarifləndirmə fəaliyyətinin, həmçinin hüquqi biliklərinin artırılmasına nail olmaq, işlə təmin olunmuş gənclərə hüquqi dəstək göstərmək və iş adamları ilə həmin gənclər arasında əlaqələrin qurulması yolu ilə fəaliyyətlər həyata keçiriləcək.
İlin sonuna kimi bu şəhərlərdən seçilən peşə təhsili müəssiələrində gələcək məzunlar üçün “İş axtarışı zamanı düzgün metodikanın tətbiqi”, “Rezümelərin (CV) standartlara uyğun yazılması”, “İşədüzəlmə prosesində özünü təqdimetmə”, “Komanda işi”, “Rəhbərliklə peşəkar münasibətlərin yaradılması” mövzularında təlimlər keçirilməsi, daha sonra isə təlim keçmiş gənclərin və yerlərdəki maraqlı tərəflər – biznes strukturları, dövlət, özəl, beynəlxalq təşkilatlar, QHT-lərin iştirakı ilə birgə görüşün təşkil edilməsi nəzərdə tutulub.
Bundan əlavə, fəal gənclər qruplarının mövcud olan müəssisələrdə öyrənmə görüşlərinə aparılması və orada aktiv dinləyicilərdən ibarət qrupun yerlərdə iri və orta biznes müəssisələri, digər özəl və ictimai qurumlara tanışlıq xarakterli səfərlərin olunması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2013-cü ilin yanvar ayında başa çatacaq.