[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/FK-009.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi, “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin icra etdiyi “Sağlam həyat tərzi-sağlam gələcək” layihəsi çərçivəsində Şirvan İqtisadiyyat və Humanitar Kollecində könüllülər üçün “Narkomaniya əsrin bəlasıdır” mövzusunda təlim keçirilmişdir.
Təlimdə Şirvan İqtisadiyyat və Humanitar Kollecinin gənclər təşkilatının sədri Gülnarə Məmmədova, şəhər İcra Hakimiyyətinin İctimai Təşkilatlarla və Siyasi Partiyalarla iş şöbəsinin məsləhətçisi Rövşən Yolçıyev iştirak etmişlər. Təlim iştirakçılarına gənclərlə, ümumiyyətlə əhali ilə işin xüsusiyyətləri, maarifləndirmə işinin metodikası və s. barədə məlumat verilib.
Təlim zamanı xüsusilə vurğulanıb ki, layihənin uğurlu icrası, daha geniş əhalini əhatə etməsi könüllülərin əldə etdikləri biliklərdən səmərəli istifadə edilməsi və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsindən çox asılıdır.
Sonda təlim iştirakçılarına əhali arasında yaymaq üçün bukletlər və digər təbliğat vasitələri paylanılıb.