[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/SDC10998.jpg” ]
“Azərbaycan Futuroloqlar Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkün uşaqlar üçün yay məktəbinin təşkili” layihəsini başa çatdırdı. Layihə çərçivəsində erməni təcavüzünün qurbanları olan 50 nəfər məcburi köçkün uşaq yay məktəbinin iştirakçısı olmuşdur.
Goranboy rayonu, Ağcakənd qəsəbəsində təşkil olunan yay düşərgəsində qalan uşaqlar Gəncə şəhərində dahi Nizami Gəncəvinin məqbərəsini, qəhrəmanlıq tariximizin ən parlaq nümunəsi olan Cavadxan məqbərəsini ziyarət etmiş, bir çox tarixi abidələrlə, o cümlədən Bərdə şəhərində yerləşən və tarixi şəxsiyyət olan Nüşabənin qalası ilə tanış olmuşlar. Bundan başqa iştirakçılar Ağcakənd qəsəbəsində yerləşən Xocalı muzeyi ilə tanış olmuş, 20-ci əsrin ən dəhşətli soyqırımlarından biri haqqında daha geniş məlumatlar əldə etmişlər.
Layihə çərçivəsində iştirakçılara tariximiz, mədəniyyətimiz haqqında, həmçinin uşaq hüquqları, zərərli vərdişlər, reproduktiv sağlamlıq mövzularında təlimlər keçirilmişdir. Layihə iştirakçısı olan yuxarı sinif şagirdlərinə Azərbaycan Futuroloqlar Cəmiyyəti (AFC) (www.futurestudies.az), Minilliyin Layihəsi (www.millennium-project.org) və layihənin Azərbaycan bölməsi, bəşəriyyətin qlobal və yerli perspektivlərini qiymətləndirməyə əsas verən 15 Qlobal Çağırış, gələcəklə bağlı ən son, müasir tədqiqatlar və həmçinin Azərbaycan Gənclər Fondu (www.youthfoundation.az) haqqında məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Yay düşərgəsində yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması üçün müxtəlif intellektual və idman oyunları təşkil olunmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2444″ id=”2444″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]