[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/IMG_0605.jpg” ]
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) “Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” – Regional Platforma Modeli layihəsi çərçivəsində Azərbaycana gələn Gürcüstan, Ukrayna, Moldova, Belarus, İsveç, Almaniya, Polşa, Bolqarıstan, Litva, Latviya və Rumıniyanın gənclər heyətinin və ölkəmizin gənclər təşkilatlarının və fəal gənclərinin iştirakı ilə Masallı Gənclər Mərkəzində Beynəlxalq Forum keçirilib.
Forumu açıq elan edən ADTGT sədri Asif Əsgərli beynəlxalq tədbirin əhəmiyyətindən, iştirakçı ölkələrin və gələcəkdə bura qoşula biləcək digər dövlətlərin gənclər təşkilatlarının və gənclərinin birgə əməkdaşlıq və fəaliyyət imkanlarından danışıb.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Forumun işinə uğurlar arzulamaqla müxtəlif ölkələrin gənclərinin əməkdaşlığının vacib məqamlarını qeyd edib. R. Hüseynov Forumda qəbul ediləcək qərarların və sənədlərin hər bir ölkənən gənclərinin gələcək fəaliyyətində müsbət istiqamətlərə yol aça biləcəyini vurğulayıb.
Sonra Forum iştirakçısı olan ölkələrin təmsilçiləri çıxış edərək Şərq Tərəfdaşlığı (ŞT) çərçivəsində gənclərin yeni əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin qurulmasına, Şəbəkə olaraq formalaşmasına, beynəlxalq və regional məsələlərdə birgə çıxış etməsinə böyük zərurətin olduğunu qeyd ediblər. Natiqlər, eyni zamanda, Forumun əsas sənədi olan Masallı Bəyannaməsinə bir sıra düzəliş və əlavələr təklif etməklə qəbul edilməsinə öz razılıqlarını bildiriblər.
ŞT Gənclər Şəbəkəsinin hər il bir ölkədə Forum keçirməsi, bu ölkələrdə olan münaqişələrin həmin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli, Gəncə şəhərinin “Avropanın gənclər paytaxtı 2016” müsabiqəsində dəstəklənməsi barədə maddələr Bəyannamədə öz yerini tapıb.
Forumun sonunda ŞT Gənclər Şəbəkəsinin təsis ounması, onun hər bir ölkədə Milli Platformasının yaradılması və yaxın gələcəkdə bu Şəbəkənin Koordinasiya Şurasının seçilməsi barədə qərarlar verilib və hər bir iştirakçı ölkənin gənclər təşkilatları təmsilçiləri tərəfindən imzalanan Masallı Bəyannaməsi qəbul edilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7801 id=”7801″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]