[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/1.jpg” ]
Lənkəran şəhərində Azərbaycan Gənclər Fondu və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Macarıstan Gənc Sahibkarlar Assosiyasiyası”- nın dəstəyi ilə “Gənc Sahbkarlar üçün Yay Məktəbi – Biznes İnkubatorlar” layihəsi keçirildi. Yay məktəbinin əsas məqsədi Azərbaycanda biznes-inkubatorların yaradılması sahəsində xarici metodologiyaya əsaslanan baza biliklərin formalaşdırılması və bu istiqamətdə gənc sahibkarların maarifləndirilməsidir.
Azərbaycanda ilk dəfə olaraq təşkil olunan yay məktəbində “Azərbaycan Gəncliyi 2011-2015 – ci illərdə” Dövlət Proqramına əsasən ölkənin müxtəlif regionlarını təmsil edən fəal gənclər və tələbə gənclər təşkilatları nümayəndələri iştirak edib. Yay məktəbində iştirakçılara dəvət olunmuş xarici və yerli ekspertlər tərəfindən biznes-inkubatorların mahiyyəti, gənclərin sahibkarlığın inkişafında rolu, biznes inkubatorların yaradılması və onlardan faydalanma imkanları, bu sahədə xarici metodologiya mövzuları tədris olunub. Yay məktəbində xarici ekspert qismində “Macarıstan Gənc Sahibkarlar Assosiyasiyası”-nın prezidenti, “Avropa Gənc Sahibkarlar Konfedarasiyası”-nın vitse-prezidenti Patrik Kovaks çıxış edib və bu sahədə təcrübəsini gənc sahibkarlarla bölüşüb. O, biznes-inkubatorlar sahəsində Azərbaycanla əməkdaşlığı müsbət qarşıladıqlarını qeyd edib.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin İcraçı Direktoru Seymur Hüseynov isə yay məktəbinin Azərbaycanda biznes-inkubatorların formalaşmasında öz tövhəsini verəcəyini vurğulayıb.
Qeyd edək ki, Yay Məktəbi “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin əsas istiqamətlərindən biri olan Biznes İnkubatorlar proqramı çərçivəsində “Azərbaycan Gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramına dəstək məqsədilə təşkil olunur. Bu istiqaməti inkişaf etdirmək məqsədilə təşkilat 2011-ci ildə Milli Biznes İnkubatorlar Assosiyasiyasının “Qızıl” statuslu üzvü olmuşdur və 2012-ci ildə Avropa Gənc Sahibkarlar Assosiyasının üzvü olan Macarıstan Gənc Sahibkarlar Assosiyasiyası ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır. Bu istiqamət üzrə fəaliyyətini davam etdirərək təşkilat 2012- ci ildə Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) üzvü olmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2460″ id=”2460″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]