[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/Telim-shekil-2.jpg” ]
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi həyata keçirilən “Şərq Tərəfdaşlığı Ölkələri Gənclərinin Vətəndaş Təhsili Şəbəkəsi” layihəsi çərçivəsində Gəncə şəhərində keçirilən Beynəlxalq Forumun ardınca gənclərin ictimai aktivliyi, vətəndaş təhsili, vətəndaş iştirakçılığı və vətəndaş fəallığı mövzularında maraqlı təlim kursu davam edir.
Artıq 3 gün davam edən təlimlərdə 6 ölkə gəncləri yerli gənclərlə birgə müxtəlif mövzularda təqdimatlarla, geniş informasiyalarla, təcrübə məlumatları ilə tanış oldular, gənclərin aktiv iştirakı ilə keçən müxtəlif panellər, rol oyunları və simvolik teatrlar keçirildi.
Təlimçilər Tamar Pkhakadze və Rəşad Bayramov iştirakçılar üçün bir-birindən maraqlı bilgilərlə və səhnələrlə gəncləri daha fəal şəkildə mövzuları qavramağa həvəsləndirdilər. Əcnəbi və yerli gənclər təlimin onların dünyagörüşünə və informasiya səviyyələrinin artmasına müsbət təsir etdiyini qeyd etdilər. Təlimin hər bir günü təlimçilərin hazırladıqları xüsusi anketlərlə qiymətləndirildi.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2498″ id=”2498″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]