[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/dc7002d87707.jpg” ]
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Kənddə yeni həyata baxış” adlı layihənin həyata keçirilməsinə start verib.
Layihənin əsas məqsədi müxtəlif rayonların kəndlərində yaşayan gənc xanımların arasında peşəyönümlü istiqamətdə maarfləndirmə işi aparmaq, yerli tələbata uyğun peşələrin gənc xanımlara öyrədilməsi məqsədi ilə kursların yaradılması, gənc xanımların məşğulluq probleminin həllinə kömək, kənd yerlərində yaşayan gənc xanımların istedadlarını üzə çıxarmaq, gənc xanımların cəmiyyətə inteqrasiyasını təmin etmək, kənd yerlərində yaşayan əlil qızların da bu layihə çərçivəsində peşələrə yiyələnmələrinə yardımçı olmaqdan ibarətdir.
Layihə məqsədinə uyğun olaraq Qəbələ və Yevlax rayonlarının kəndlərini əhatə edəcək. Layihədən ən əsas gözlənilən nəticə kənd yerlərində yaşayan gənc, işsiz, peşə təhsili olmayan xanımların müxtəlif peşələrə sahib olmaları, digər gözlənilən nəticə isə gənc xanımların məşğulluq probleminin həlli istiqamətində müəyyən addımın və tövhənin verilməsi olacaqdır.
Hazırda layihənin həyata keçirilməsi üçün hazırlıq işləri davam edir.