[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/fggg1.jpg” ]
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. Bu məqsədlə son zamanlar cəmiyyətimizdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanmışdır. Bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutmuşdur.
İlk aksiya 20 iyun 2013-cü il tarixində Hacıqabul rayonunda baş tutub. Növbəti aksiya Bərdə şəhərində keçirilmişdir. Aksiyada Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak etmişlər. Xüsusilə gənclərin fəallığı ilə keçirilən aksiya şəhər əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanmışdır. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaqdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7819″ id=”7819″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]