Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Milli dəyərlər tükənməyən varlığımızdır” adlı layihə uğurla həyata keçirilmişdir.
Layihənin əsas məqsədi milli dəyərimiz olan dünyanın ən zərif sənət növlərindən sayılan tikməçilik sənətini təbliğ və təşviq etmək, xalqın qədim milli-mənəvi dəyərlərini müasir həyat tərzinə keçirməklə yaşatmaq, tikmə məktəbini qoruyub saxlamaq istiqamətində fəaliyyətləri gücləndirmək, tikmə sənətimizin ənənələrinə yiyələnən yeni gənc nəslin yetişməsinə təkan vermək olmuşdur.
2018-ci ilin yanvar ayının 22-i və 25-i tarixlərində layihə çərcivəsində baş tutan tədbirlərdə Sabirabad rayonunda yaşayan və bu sənətə sahiblənmək istəyən gənc xanımlar, məktəblərdə oxuyan yuxarı sinif şagirdləri olan yeniyetmə qız xanımlar, analar və müəllimlər, peşə öyrənmək istəyən məşğulluğu artırmaq istəyən evdar qadınlar layihənin texniki imkanlarından faydalanaraq tikmə sənətinin incəliklərini və öz şəxsi bacarıqlarını praktiki şəkildə inkişaf etdirməklə faydalanmışdırlar.