Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə rəhbəri İbadzadə Elşadın həyata keçirdiyi “Sağlam Könüllü Donor” layihəsinə yekun vuruldu.
Layihə çərçivəsində “Kimlər qan verə bilər”, “Qan verməyin uyğun olub olmadığı nəyə görə qiymətləndirilir”, “Kimlər qan verə bilməz” mövzularında maarifləndirici seminar keçirilmişdir. Tədbirdə iştirak edən həkimlər qeyd etmişdir ki, verilən qan 450 mln. qədərdir. Bədəndə orta hesabla 5000-6000 mln. qan olur. Alınan qan bədəndəki qanın təxmini dəyəri, 1/13-i qədəri olaraq, zərər verməz. Ayrıca qan ianəsindən əvvəl qan sayımı aparılır, həkim tərəfindən qiymətləndirilir.
Qan ianəsindən əvvəl aparılan müayinədə, qan səviyyəsi aşağı olduğu (anemiya) müşahidə edilərsə qan vermək olmaz. Qan səviyyəsinin normalda sağlam fərdlər qan verərlərsə azalan qan hüceyrələri sümük iliyinin çalışması ilə sürətlə yeniləyər. Onsuz da bədən, bu hüceyrələrin yaradılması və dağıdılması fəaliyyətlərini davamlı olaraq həyata keçirir. Alınan qan miqdarı isə sağlamlığa mənfi təsir edəcək səviyyədə olmadığına görə qansız qalmaq kimi bir vəziyyət yaratmır.
Tədbir daha sonra layihə iştirakçılarının sual cavabları ilə davam etmişdir.