27 fevral 2018-ci il tarixdə Binəqədi rayonunda yerləşən Binəqədi Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, Binəqədi Qəsəbə Bələdiyyəsinin sektor müdiri Nilufər Yunusovanın rəhbəri olduğu insanlar arasında ekoloji maarifləndirməni həyata keçirtmək və bu sahədə dövlətin həyata keçirtdiyi abadlıq işlərinə cəmiyyətimizin də daha həssas və diqqətli yanaşmasını özündə əks etdirən “YAŞIL ÜRƏK 2” sosial çarxının təqdimat mərasimi keçirildi. Tədbirdə 179 saylı tam orta məktəbin direktoru Almaz İsmayılova, gənclərlə iş üzrə nümayəndələr və fəal gənclər iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbir açıq elan olundu. Sonra“YAŞIL ÜRƏK 2” sosial çarxı iştirakçılara təqdim olundu. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsində mailiyyələşdirdiyi “YAŞIL ÜRƏK 2” layihəsinin rəhbəri, Binəqədi Qəsəbə Bələdiyyəsinin sektor müdiri Nilufər Yunusova çıxış edərək tədbirdə iştirak edən qonaqları salamladı. O bildirdiki, layihənin məqsədi sakinlərimizə, azyaşlı şagirdlərimizi ekoloji maarifləndirmək istiqamətində videoçarx ərsəyə gəldi. Sosial çarx vasitəsi ilə sakinlərimizə, azyaşlılar arasında ictimai davranış, təbiətimizi sevək və qoruyaq prinsipinə əsaslanır. Sonda Nilufər Yunusova layihəni dəstəkləyən və mailiyyələşdirən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna vətərəfdaş təşkilatlar YAP Binəqədi rayon təşkilatına, İDEA İctimai Birliyinə və Binəqədi rayon Gənclər və İdman İdarəsinə, layihənin icrası müddətində ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirdi.
Daha sonra, 179 sayli tam orta məktəbin direktoru Almaz İsmayılova və digər çıxış edənlər bildirdilər ki, son illər aparılan abadlıq və quruculuq işləri axır zamanlar daha da geniş vüsət alıb, bununla belə şəhərimizin təmiz saxlanması ilə bağlı hələ də bilavasitə insanların maarifləndirmə səviyyəsinin aşağı olmasından yaranan problemlər mövcuddur. Üzərində işlədiyimiz bu layihənin də aktuallığını artıran məhz təmizliyə qarşı cəmiyyətimizin yetəri diqqət və qayğını göstərə bilməməsidir. Bu gün zibillənmiş ərazilər, yaşayış məhəlləri, eləcə də, yeni abadlaşdırılmış parklarımızda yerə atılan tullantılar nəinki şəhərimizin ümumi görünüşünə xələl gətirir eyni zamanda onun haqqında mənfi rəy yaradır. Əlimizdə Avropaya, dünyaya ölkəmizi tanıtmaq üçün belə bir gözəl imkan olduğu halda hər bir xırda detala qarşı həssas olmaq tələb olunur. Hansısa bir gözəl parkda olarkən gözəllik göz oxşayırsa yanından keçərkən artıq insanların tullantıları ara məhəllələrdə və sair yerlərdə yol qırağına atması o gözəl təəsüratların üzərindən də xətt çəkir. Anlaşılan bizim həll edilməsində pay sahibi olmaq istədiyimiz problem şəhərimizin təmizliyi ilə bağlıdır.
Sonra 179 saylı tam orta məktəbin şagirdləri və 40 saylı uşaq bağçasının məktəbəqədər şagirləri tərəfindən hazırlanmış kompozisiya iştirakçılara təqdim olundu.
Layihənin sonunda xatirə şəkli çəkildi və bununla da tədbir öz işini başa vurdu.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mailiyyə dəstəyi və YAP Binəqədi rayon təşkilatı, İDEA İctimai Birliyinin, Binəqədi rayon Gənclər və İdman İdarəsi, birgə təşkilatçılığı ilə reallaşdırıldı.