İclasda şura üzvlərindən gənclər və idman nazirinin müavini İntiqam Babayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, təhsil nazirinin müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və s. iştirak ediblər.
Fondun icraçı direktoru Fərhad Hacıyev iclası açıq elan edərək, Azərbaycan Gənclər Fondu haqqında ümumi məlumat verib və gündəlikdə duran məsələləri qeyd edib. Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının sədrliyi üçün gənclər və idman nazirinin müavini İntiqam Babayevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul olunub.
İclas zamanı fondun loqosu şura üzvlərinə təqdim olunub, loqonun simvolları açıqlanıb və təsdiq edilib. Gündəlikdə qeyd olunan digər məsələlərdən biri də elan olunacaq qrant müsabiqələri və onların şərtləri olub. Bundan əlavə, gənclər təşkilatları fondun saytında necə qeydiyyatdan keçməli və müsabiqələrdə necə iştirak etmələri üçün şərtlər müzakirə olunub və təsdiq edilib.
Layihələrin maliyyələşdirilməsi, həmçinin xaricdə yaşayan azərbaycanlı tələbələr və gənclər üçün müsabiqələrdə iştirak şərtləri də müzakirə olunan məsələlər içində yer alıb. Xüsusilə, regionlardan gələcək layihələrin maliyyələşdirilməsinə diqqət ayrılacağı qeyd edilib. Daha sonra gənclərə beynəlxalq tədbirlərdə, seminarlarda, layihələrdə iştirak imkanı verəcək, iştirak qrantları haqqında da müzakirələr aparılıb.
Sonda Azərbaycan Gənclər Fondunun sabah baş tutacaq tədbirin planı açıqlanıb və təsdiqlənib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”123″ id=”123″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]