
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dini-milli dəyərlərimizdə qadın amili” adlı layihənin açılış tədbiri və ilk seminarı keçirilmişdir. Tədbirdə tanınmış ziyalılar iştirak etmişlər. Layihə rəhbərinin qeyd etdiyi kimi, tədbirin mahiyyəti gənclər arasında maarifləndirmə işinin aparılmasıdır. Gənclərin mövzu istiqamətində ünvanladıqları suallar ziyalılar tərəfindən cavablandırılmış, onların bu istiqamətdə təklif və münasibətləri dinlənilmişdir.
Tədbirdə Azərbaycan İlahiyyat İnsitutunun, Bakı İslam Universitetinin tələbələri və digər gənclər təşkilatlarının üzvlərinin birgə iştirakı ilə 100-dən artıq gənc maariflənmişdir. Tədbirdə iştirak edən gənclərə sertifikatlar təqdim edilmişdir.