Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə həyata keçirilən “Dünyanı rənglərlə tanıyaq” layihəsi başa çatmışdır.
İstedadlı gənclərin üzə çıxarılması, gənclərin rəssamlığa olan marağının artırılması, bunun nəticəsində həmin gənclərin gələcəkdə daha böyük incəsənət layihələrində iştirak etməsini qarşıya məqsəd qoyan layihədə həm orta məktəb şagirdləri, həm də universitet və kollec tələbələri iştirak etmişlər.
Layihə zamanı gənclər dünya xəritəsindən ölkələr seçməklə onu istədikləri rənglərlə boyamışlar. Eyni zamanda təlimlərdə gənclərə rənglərin ifadə etdiyi mənalar, həmçinin rənglərin həyatımıza təsirləri haqqında söhbət açılmışdır. Qruplara ayırlan iştirakçılar təqdimat zamanı seçdikləri rənglərin mənasını izah etməyə çalışmışlar. 3 gün müddətində keçirilən təlimlərdən sonra layihədə fəal iştirak edən gənclər sertifikatla təltif olunmuşdur.