Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai birliyi “Şəhidlərimizi Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası cərcivəsində Qazax Olimpiya İdman Kompleksində Şəhid Suleyman Suleymanovun xatirəsinə həsr olunmuş gənclər arasında Mini Futbol üzrə Qazax rayon turnirinin bağlanış mərasimini kecirmişdir.
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai birliyinin sədri Əliyev Azər cixiş edərək Şəhid Suleyman Suleymanov haqda ətraflı məlumat verərək layihə və donor haqda danışmışdır. Şəhid Suleyman Suleymanovun atası və babası turnirin əhəmiyyətindən danışmış, iştirakcılara uğurlar arzu etmiş və turnir təşkilatcılarına minnatdar olduqlarını bildirmişlər. Qazax Rayon Şəhid ailələri Qarabağ Əlilləri Veteranlari ictimai Birliyinin sədr müavini Namiq Alıyev bildirmişdi ki, bu cür tədbirlər vətənpərvərlik və gənclərin sağlamlığı ücün cox önəmlidir. Qazax Göyəzən futbol klubunun rəhbəri Rəhman Salmanov Turnirin əhəmiyyətindən danışaraq gənclərin peşəkar idmana cəlb olunması ücün hər bir köməklik göstərəcəyini qeyd etmişdir.Turnirdə Qazax Gənclər və İdman İdarəsinin salahiyətli nümayəndələri Anar İbrahimov və İsmayil Suleymanov iştirak etmişlər.
Daha sonra final ğörüşünə start verilmişdir. Gərgin mubarizə şəklində kecirilən görüşlər nəticəsində Şəhər № 1 – I Yerə, Aşağı Salahlı – II yerə, Orata Salahlı – III yerlərə layiq görülmüşdürlər. Qalib gələn komandaların idmançıları medal və diplomlarla mükafatlandırılmışdır. Simvolik olaraq 1-ci yerə cixan Şəhər № 1 komandasına turnirin topu hədiyyə olunmuşdur.