Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 254 saylı tam orta məktəbdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Düşünən beyin” adlı layihə çərçivəsində Şahmat turniri keçirilmişdir. Turnirdə hər birinin tərkibində 5 nəfər olmaqla 16 komanda, ümumilikdə isə 80 nəfər uşaq, yeniyetmə və gənc iştirak etmişdir. Turnirin yekun nəticələrinə görə I yeri 264 saylı tam orta məktəbin komandası, II yeri 261 saylı tam orta məktəbin komandası, III yeri isə 254 saylı tam orta məktəbin komandası tutmuşdur. I,II, və III yeri tutmuş komandalar diplom və kubokla, digər iştirakçılar isə sertifikatla mükafatlandırılmışdır.