Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclərin və Gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi” istiqaməti üzrə müraciət edən Jalə Zahid qızı Məmmədova 01-07 mart 2019-cu il tarixlərində “Tibb Tələbələri Assosiasiyalarının Beynəlxalq Federasiyası”nın Sloveniya Respublikasının Portoroz şəhərində təşkil etdiyi “Tibb Tələbələri Assosiasiyalarının Beynəlxalq Federasiyasının 68-ci Baş Assambleyasının Mart Görüşü 2019 Sloveniya” adlı tədbirdə iştirak etmək imkanı əldə etmişdir.