18 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Fotoqraflar Birliyinin tərəfdaş təşkilatçılığı ilə Zamin Səmədovun “Gənclərin gözü ilə tariximiz” foto layihəsinin yekun təqdimatı keçirilib. XI qrant müsabiqəsinin qalibi olan Zamin Səmədov Lənkəran, Quba, Mingəçevir, Şəki və Bakı şəhərlərində gənclər qarşısında layihəni təqdim edib. Azərbaycanın bir çox bölgələrindən qatılan həvəskar fotoqraflar tarixi abidələrin fotolarını çəkərək layihədə iştirak etdiriblər. Layihənin əsas iki məqsədi vardır, birinci məqsəd unudulmaqda olan tarixi abidələrin fotolarını çəkib cəmiyyətə təqdim etmək, ikinci məqsəd isə yeni həvəskar gənc fotoqrafların ictimaiyyətə tanıdılmasını təmin etmək. Bu gün yekun tədbir Bakı şəhərində reallaşıb. Tədbirin sonunda layihədə uğurlu iştirakına görə gənclərə sertifikatlar təqdim olunub. Layihənin davamlılığını təmin etmək üçün “gənclərin gözü ilə tariximiz” adlı Facebook və instaqram səhifəsidə tarixi abidələrin fotolarını təqdim etməkdir.