Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Sağlam Yaşa!” – Sağlam Həyat tərzi kampaniyası – 2” layihəsinin yekun tədbiri olaraq keçirilib.
Sumqayıt şəhərində gənclərin, təhsil, səhiyyə, idman və psixologiya mütəxəssislərinin iştirakı ilə “Sağlam Həyat Tərzi Forumu” keçirilib. Forumda çıxışlar və müzakirələr 5 əsas mövzunu əhatə edib :
- Qidada sağlam həyat tərzinin təbliği – GMO qidalar və sağlamlığa ziyanı olan yüksək kalorili, həmçinin kanserogen qidaların tükədilməsi;
- İdmanda sağlam həyat tərzinin təbliği – oturaq həyat tərzi, hərəkətsizlik;
- Psixologiyada sağlam həyat tərzinin təbliği – psixoloji çətinliklər, stressin yol aça biləcəyi problemlər;
- Təhsildə sağlam həyat tərzinin təbliği – sağlam həyat tərzinin təhsil prosesində tətbiqi, sağlam gələcək nəsilin formalaşdırılması;
- Səhiyyədə sağlam həyat tərzinin təbliği – mütəmadi tibbi müayinələrin yerinə yetirilməsi.
Forumda sağlam həyat tərzinin əhəmiyyəti, bunun hansısa qadağa ilə deyil, könüllü olduğu, hər bir fərdin öz əhatəsində sağlam həyat tərzinin təbliğində əhəmiyyətli rol oynamağının vacibliyi barədə tövsiyyələr verildi.
Məqsədi Sumqayıt şəhərində yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində kompaniya təşkil etmək, onların sağlam qidalanma, zərərli vərdişlərin və qeyri-sağlam həyat tərzinin fəsadları haqqında məlumatlandırmaq olan layihənin açılış tədbiri olaraq 9 dekabr tarixində gənclər velosipedlərini pedallayaraq şəhər turu keçirib. Növbəti həftələrdə başlayan layihə çərçivəsində Sumqayıtdan olan gənc multiplayerlər üçün təlimlər təşkil edilmişdir. Cəlb edilmiş ekspertlər – Anar Məmmədov və Nabil Seyidov tərəfindən 3 gün ərzində gənclər sağlam həyat tərzini aşılayan, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlara yiyələniblər.
Təlimdə iştirak edən gənclər düzgün rasional qidalanma, tütünün zərərləri, idmanın orqanizmə faydaları, bir çox xəstəliklərin əmələ gəlmə səbəbləri, profilaktika yolları və s. haqqında məlumatlandırıldıqdan sonra qazandıqları bilik və bacarıqlarla Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrində 1 ay ərzində təlim və seminarlar keçiriblər. Bununla belə, məktəblilər arasında sağlam həyat tərzini müzakirə mövzusuna çevirmək və onların bu mövzunu sərbəst şəkildə və dərindən araşdırmalarına təkan vermək üçün məktəblilər arasında sağlam həyat tərzi mövzusunda Debat Natiqlik Turniri təşkil olunub. Aylarla davam edən layihə və böyük forum Sumqayıt gənclərinin sağlam inkişafına öz töhvəsini verəcəyinə əminik