01 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Ailələrin Reproduktiv Sağlamlığı” adlı layihə Bakı şəhər Binəqədi rayon Gənclər evində layihə rəhbəri Hafiz Vəliyev tərəfindən həyata keçirilib. Layihə əsnasında keçirilən təlimlərdə iştirakçı qismində olan gənclər və gənc ailələr mövzu haqqında öz fikirlərini və suallarını ünvanlayıb və bu mövzu haqqında müzakirələr aparılıb.
Layihənin əsas məqsədi nigaha daxil olan və nigaha hazırlaşan gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması və ailədəki öhdəlikləri haqqında hüquqi maarifləndirilməsinin aparılmasıdır.