04 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin Təşəbbüsü və İnkişafına dəstək İctimai birliyi “Gənc fəallar” klubu !” adlı layihəsi çərçivəsində tədbirlərə yekun vurub. Şirvan şəhər gənclərinin iştirak etdiyi tədbirlərdə Şirvan şəhər ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, YAP Şirvan şəhər təşkilatının sədr müavini, Şirvan Şəhər Bələdiyyəsi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Paşa Nəbiyev, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov iştirak ediblər. Natiqlər tədbirlərdə gənclərin ictimai fəallığının artırılması, ölkənin ictimai həyatına onların daha yaxından cəlb edilməsi məqsədilə yaradılan və vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan ictimai birliklərin fəaliyyəti dövlət tərəfindən hərtərəfli dəstəklənməsindən məlumat veriblər. Dövlət tərəfindən gənclərin inkişafı üçün yaradılan imkanlardan söz açaraq, belə şəraitdə gənclərin həm özlərini inkişaf etdirmək, həm də Azərbaycanı layiqincə təmsil etmək imkanlarının olduğunu vurğulamış, ölkənin ictimai-siyasi həyatında gənclərin daha da fəal olmasının əhəmiyyəti diqqətə çatdırılıb. Digər çıxışlarda da tədbirin əhəmiyyəti, belə seminar-təlimlərin gənclərin inkişafında böyük rol oynadığı vurğulanıb.
Gənclərin qatıldığı tədbirin təlimçisi PR menecer, QHT-lərə Dövlət Dəstəyi Şurasın www.qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov PR strategiyasının müəyyənləşdirilməsi, sosial şəbəkələr və media qurumları ilə əlaqələrin qurulması, brifinqin, mətbuat konfransının keçirilməsi, press-relizin hazırlanması, təşkilatın fəaliyyətini qiymətləndirmək üçün SWOT-analizin aparılması və digər mövzularda təqdimatlar edib. Təlim praktik məşğələlərlə davam etdirilib.