09 aprel 2019 tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icrası Biləsuvar, Beyləqan rayonlarında həyata keçirilmiş Elxan Əsgərzadənin “Z nəslinin texnologiya dili” adlı layihəsi çərçivəsində tədbirlər başa çatıb. Tədbirlər ərəfəsində ümumilikdə 4 fərqli qrupda ümumilikdə 120-dən çox iştirakçıya seminarlar keçirilib. İştirakçılar əsasən məktəbin orta və yuxarı sinif şagirdlərindən təşkil olunubdur. Aktiv iştirakçılara seminarlardan sonra sertifikatlar təqdim edilib. Tədbir zamanı layihə ilə bağlı ilkin və ümumi məlumatlandırıcı bukletlər paylanılıb.
Qeyd edək ki, layihə üzrə Biləsuvar, Beyləqan rayonlarının öncədən müəyyənləşdirilməsi heç də bir mənalı deyildir. Belə ki, layihənin ilkin mərhələsində regionun əhalisi arasında sorğu və müşahidə üsulu ilə araşdırmalar aparılıb. Hədəf qruplarının mövzu üzrə fikr və düşüncələri təhlil edilib.
Müvafiq layihə istiqamətində start götürmüş seminarlar çərçivəsində ilk növbədə öncədən müəyyənləşdirilmiş və seçilmiş region gənclərinə hədəf qrupuna daxil olan ərazilərdə informasiya texnologiyalarından səmərəli istifadə imkanları və şagirdlərin bu sahəyə marağının artırılması istiqamətində seminarlar verilmişdir. Əsasən bölgənin IT sahəsinə daha az marağı olan bölgə və məktəbləri hədəf qrupu seçilən layihə çərçivəsində Z nəslinin yəni 1990-2000-ci ildən sonrakı təvəllüdlü uşaqların texnologiyadan istifadə bacarıqları və üstünlükləri tanıdılıb.