Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclərin və Gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi” istiqaməti üzrə müraciət edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 5 tələbəsi, Elvin Manaf oğlu İsayev, Gülzadə İlham qızı Mirzəmmədova, Məhəmməd Elbrus oğlu Səfərli, Elnarə Surxay qızı Yusubova və Sonaxanım Elxan qızı Qaybaliyeva 31 mart – 6 aprel 2019-cu il tarixlərində “Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası”nın Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində təşkil etdiyi “Beynəlxalq Hüquq Səhnələşdirilmiş Məhkəmə Yarışması”nda Gənclər Fondunun maliyyə dəstəyi ilə iştirak edərək ölkəmizi təmsil etmişdir.