Azərbaycan Respublikasının Gənclər Fondunun 18 may- 17 iyun 2019-cu il tarixlərində Belçikanın Brüssel şəhərində yerləşən Avropa Parlamentində təcrübə səfəri ilə əlaqədar olaraq elan etdiyi müsabiqədə qalib olan gənclərin iştirakı ilə səfər öncəsi məlumatlandırılma sessiyaları təşkil edilmişdir. Sonuncu sessiya 17 may tarixində Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə keçirilib. 18 may tarixində isə Avropa Parlamentində təcrübə keçmək üçün gənclər Brüsselə yola düşüblər.