Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclərin və Gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi” istiqaməti üzrə müraciət edən Aytən ilqar qızı Əliyeva 25-30 aprel 2019-cu il tarixlərində “Beynəlxalq Əməkdaşlıq üçün İkinci Kəmər və Yol Forumunun Təşkilat Komitəsi”nin Çin Xalq Respublikasının Pekin şəhərində təşkil etdiyi “Beynəlxalq Əməkdaşlıq üçün İkinci Kəmər və Yol Forumu”nda iştirak etmək imkanı əldə etmişdir.