17-19 iyul tarixində 100 gənc Azərbaycan Respublikasının Gənclər Fondu, İDEA İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının birgə təşkilatçılığı ilə milli parklarda keçirilən dördüncü eko-skaut düşərgəsində iştirak edib.
Şahdağ Milli Parkında təşkil edilən bu inanılmaz və yaddaqalan macəralarla zəngin üçgünlük düşərgə zamanı iştirakçılar biliklərini genişləndirib, təbiətdə əsl düşərgə həyatı yaşayıb və dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən əsrarəngiz Qaranohur gölünü görmək üçün dağa qalxaraq uzun yol qət ediblər.