Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Mərkəzi Qan Bankı, Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Beynəlxalq Gənclər Komitəsinin dəstəyi, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə XIX BEYNƏLXALQ GƏNCLƏR FORUMU keçirilib.
Forumun rəsmi açılış mərasimi 22 avqust tarixində Bakı Konqres Mərkəzində baş tutub. “Spread The Light, Save Lives!” adlı forumun məqsədi insanları qanvermə və bu sahədə olan imkanlar, problemlər barədə xəbərdar etmək və bu sahəni inkişaf etdirmək üçün yeni üsulların öyrədilməsindən ibarətdir.