
Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-də Azərbaycab Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Dənizkənarı Bulvar İdarəsinin, Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakıda xanımların veloyürüşü keçirilib.
Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.
Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi – Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.